UHY Azərbaycan

2010-cu ildən audit, vergi, mühasibatlıq, maliyyə məsləhətləri və digər əlaqəli xidmətlər təqdim edirik.



UHY Beynəlxalq Şəbəkəsi

UHY müstəsna rəqabət üstünlüyü təklif etməkdədir - beynəlxalq resurslar və diqqətli fərdi xidmət hesabına genişlənmiş milli imkanlar. 100-dən artıq ölkədə 340-dan artıq iri biznes mərkəzlərini əhatə edən şəbəkə üzvlərinin işçi heyəti yerli bilikləri regional, milli və beynəlxalq bacarıq dəstləri ilə birləşdirərək xidmət göstərmək imkanları ilə fəxr edirlər.



XƏBƏRLƏR

30 Jan, 2023

2023-CÜ İLDƏ VERGİ VƏ SOSİAL SIĞORTA QANUNVERİCİLİYİNDƏ EDİLƏN DƏYİŞİKLİKLƏRDƏN SONRA AZADOLMALAR VƏ GÜZƏŞTLƏR

Qarabağın bərpasına yönəlmiş vergi azadolmalarıVergi Məcəlləsinə yeni əlavə edilmiş XIX fəslin müddəalarına görə:İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergisindən azaddırlar.ƏDV məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azaddır.İşğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azaddır.Qarabağın bərpasına yönəlmiş sosial sığorta azadolmalarıİşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən, neft və qaz, o cümlədən qeyri-dövlət sektoru üzrə fəaliyyəti olmayan sığortaolunanlar və sığortaedənlərin muzdlu işlə əlaqədar əldə etdiyi gəlirlərdən ödədiyi məcburi dövlət sosial sığorta haqqı aşağıdakı proporsiyalarda dövlət büdcəsi hesabına subsidiya edilir:   2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək – 100 faizi miqdarında;2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək – 80 faizi miqdarında;2029-cu il yanvarın 1-dən 2031-ci il yanvarın 1-dək – 60 faizi miqdarında;2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək – 40 faizi miqdarında.Fərdi qaydada fəaliyyət göstərən fiziki şəxs tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta     haqqının – 100 faizi.Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunan tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının – 100 faizi.Müxtəlif sahələrdə azadolma və güzəştlərDaxili istehsala dəstəkSiyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalını həyata keçirən hüquqi və fiziki şəxslər.Həmin fəaliyyətdən əldə edilən mənfəətin / gəlirin 50 faizi mənfəət / gəlir vergisindən - müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə;Həmin fəaliyyət prosesində istifadə olunan əmlaka əmlak vergisindən - müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə;Həmin fəaliyyət prosesində istifadə olunan torpaqlara görə torpaq vergisindən - müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə.Dövlət əmlakının özəlləşdirilməsiAzərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin dövlət proqramlarına uyğun olaraq 2023-cü il 1 yanvar tarixindən sonra özəlləşdirilməsi barədə qərar qəbul edilən dövlətə məxsus hüquqi şəxslər.Özəlləşdirilməsi barədə qərarın qəbul edildiyi ildən etibarən özəlləşdirilmə prosesi müddətində, lakin 3 ildən çox olmayaraq əmlak vergisini ödəməkdən azaddırlar;Özəlləşdirilməsi barədə qərarın qəbul edildiyi ildən etibarən özəlləşdirilmə prosesi müddətində, lakin 3 ildən çox olmayaraq torpaq vergisini ödəməkdən azaddırlar.Vəkillər Kollegiyasına edilən ödənişlərAzərbaycan Respublikasının Vəkillər Kollegiyasına edilən ödənişlər.Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına vəkillər və vəkil qurumları tərəfindən edilən ödənişlər üzrə elektron qaimə təqdim olunması tələb olunmur;Vəkillər və vəkil qurumları tərəfindən order markasının əldə edilməsi ilə bağlı edilən ödənişlər mənfəət vergisindən azaddır;Vəkillər və vəkil qurumları tərəfindən order markasının əldə edilməsi ilə bağlı edilən ödənişlər ƏDV-dən azaddır.Kənd təsərrüfatıKənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) fiziki və hüquqi şəxslər.Fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar;Rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin dividend gəlirləri - 2023-cü il yanvarın 1-dən 1 il müddətinə;Hüquqi şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan hüquqi şəxslərin bu sahə üzrə dividend gəlirləri - 2023-cü il yanvarın 1-dən 1 il müddətinə.Dövlət orqanlarına və fondlara əmlakın təqdim edilməsiDaşınar və daşınmaz əmlak, qeyri-maddi aktivlər, habelə əmlak kompleksi şəklində müəssisələri dövlət orqanlarına və ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq təqdim edən hüquqi və fiziki şəxslər.Qeyd edilən əmlak dövlət orqanlarına (qurumlarına), eləcə də siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq verildikdə, gəlir və ya mənfəət vergisinə cəlb edilən gəlir yaranmır;Qeyd edilən əmlak dövlət orqanlarına (qurumlarına), eləcə də siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq verildikdə, ƏDV-yə cəlb edilən gəlir yaranmır;Qeyd edilən əməliyyat ƏDV-yə cəlb olunmayan əməliyyat hesab edilsə də, Vergi Məcəlləsinin 175.6- ı maddəsinə uyğun olaraq ƏDV-nin əvəzləşdirilməsi zamanı ƏDV-yə cəlb olunmayan dövriyyə kimi nəzərəalınmır.Müflis elan olunmuş kredit təşkilatlarıMəhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müflis elan olunmuş kredit təşkilatları.Ödəmə müddəti ötmüş vergi öhdəliklərinə faizlərin hesablanması kredit təşkilatının müflis elan olunması haqqında məhkəmə qərarının qəbul edildiyi gündən etibarən dayandırılır;Əmlak siyahıya alınmır;Kredit təşkilatının müflis elan olunması ilə bağlı məhkəmə qərarının qüvvəyə mindiyi aydan etibarən əmlak vergisini ödəməkdən azaddırlar;Kredit təşkilatının müflis elan olunması ilə bağlı məhkəmə qərarının qüvvəyə mindiyi aydan etibarən torpaq vergisini ödəməkdən azaddırlar.