Mürəkkəb biznes aləmində istintaq maliyyəsi və mühasibatlığı xidmətləri daha çox rol oynayır. Mübahisələr yarandıqda və ya fırıldaqçılıq halları baş verdikdə, mütəxəssislərin istintaq xidmətləri biznesinizin nəticəsinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Mütəxəssislərimiz ticarət və müqavilə mübahisələrinin araşdırılması və obyektiv qiymətləndirilməsi üçün müştərilərlə və hüquq məsləhətçilərilə sıx əməkdaşlıq şəraitində işləyirlər.
Ən mürəkkəb hallara aydınlıq gətirilməsi
Mütəxəssis heyəti biznes məlumatları və maliyyə hesabatları sistemləri, mühasibat uçotu və audit standartları və prosedurları, sübutların toplanması və araşdırma üsulları, məhkəmə prosesləri və prosedurları sahəsində dərin təcrübəyə malikdir. UHY Azərbaycanın nümayəndələri tez-tez fırıldaqçılıq və digər cinayət işlərində ekspert şahid qismində çıxış edirlər. UHY Azərbaycan UHY şəbəkəsi daxilində olan üzv firmalarla birlikdə beynəlxalq məhkəmə işləri üzərində işləməyə qadirdir və bir çox yurisdiksiyalar üzrə beynəlxalq arbitraj təcrübəsinə sahibdir. Mübahisələr yarandıqda çevik cavab verə bilməklə yanaşı, UHY Azərbaycan müştərilərə potensial problemlərin aşkarlanmasında və onların qarşısını almaq üçün tədbirlər görməkdə kömək etmək üçün fəal yanaşma siyasəti yürüdür.
Təmin edilən xidmətlərə aşağıdakılar daxildir:
Bizim bir sıra yerli və beynəlxalq yurisdiksiyalarda investisiya fondlarının yaradılması və idarə olunması sahəsində geniş təcrübəmiz var.
İnvestisiya menecerləri, pensiya sxemləri, fondlar və xeyriyyə fondları daxil olmaqla müştərilər üçün fərdiləşdirilmiş çözümlər işlənib hazırlanır. Mütəxəssislərimiz bir çox tənzimləmə rejimlərində fərqli fond strukturlarının qurulmasının bütün aspektləri ilə əlaqədar məsləhətlər verə bilirlər. Müştərilər uçot, icazə və qeydiyyatdan tutmuş prospektlərin və zəruri hallarda birja elanlarının tərtib edilməsinə qədər prosesin hər mərhələsində təlimat və praktik kömək əldə edə bilirlər.
İnzibati xidmətlər
Yeni və mövcud fondlar üçün UHY Azərbaycan xəzinə və uyğunluq, vergi və hüquqi dəstək və maliyyə hesabatları daxil olmaqla inteqrasiya olunmuş idarəetmə xidmətləri təklif edə bilir.
Getdikcə qloballaşan bazarda biznesinizi beynəlmiləlləşdirmək imkanları heç vaxt bundan böyük olmamışdır. Xarici bazarlara daxil olmaq yeni müştərilər əldə etməyinizə, böyük miqyaslı iqtisadiyyatlardan faydalanmağa və bazar risklərinizi şaxələndirməyə imkan verir. Sərbəst ticarət müqavilələri, tənzimləmələrin ləğvi və qlobal ticarət şablonlarının dəyişməsi bir çox bazarlarda investisiya və genişlənmə üçün geniş imkanlar açır.
Eyni zamanda, beynəlmiləlləşmə artıq sadəcə böyük korporasiyalar üçün seçim deyil; texnologiya sahəsində inkişaf kiçik və orta şirkətlər üçün böyük imkanlara yol açmışdır.
Qlobal şəbəkəmizin gücündən faydalanma
UHY Azərbaycan qlobal UHY şəbəkəsinin müstəqil üzvü olaraq, imkanlarınızı qiymətləndirmək və istifadə etmək və beynəlxalq bazarlarda biznesiniz üçün riskləri minimuma endirmək üçün ideal mövqeyə malikdir. UHY-nin qlobal iştirakı ilə UHY Azərbaycan çox vaxt hədsiz fərqli işgüzar mədəniyyətləri və təcrübələri olan bazarlarda uğur qazanmaq üçün həlledici ola biləcək bilikləri və bazar məlumatlarını təmin edə bilir.
Beynəlxalq şəbəkə mütəxəssislərimiz biznes təqdimatlarını və şəbəkə imkanlarını asanlaşdırmaq üçün yerli bazarlarda inkişaf etdirilən güclü əlaqələr və nüfuzdan istifadə edə bilərlər.
İlkin araşdırmadan zəmin yaradılmasına qədər
Bazar qiymətləndirməsindən tutmuş biznesiniz üçün ən perspektivli imkanlar yaratmağa və distribyutorları və ya agentləri müəyyənləşdirməyə və müştərilərlə danışıqlar aparmağa qədər, biz yeni bazarlara çıxmağın hər bir mərhələsində kömək edə bilərik. Müştərək müəssisə yaratmaq və ya xaricdə fiziki baza qurmaq istəyirsinizə, biz məşğulluq qanunvericiliyi, vergi, mühasibat təcrübələri və törəmə şirkətlərin yaradılması kimi sahələrdə praktiki məsləhətlər verə bilirik. Bir çox müştəriyə xarici bazarlarda şirkət və ya aktivlər əldə etməklə bağlı məsələlərdə kömək edilmişdir.
UHY Azərbaycan sizə müxtəlif addımlarda kömək edə bilər:
Müştərilərlə inkişaf etdirilən münasibətlər UHY Azərbaycan tərəfindən təqdim olunan əsas mühasibat və məsləhətçi bacarıqlarına əsaslansa da, geniş çeşidli əlaqəli peşəkar xidmətlər üzrə də məsləhət və təlimatlar verilir.
Mütəxəssislərimiz şirkət hüququ, sağlamlıq və təhlükəsizlik, məşğulluq və ayrı-seçkilik qanunvericiliyi kimi biznes idarəçiliyinin praktiki sahələri haqqında əhəmiyyətli biliklərə sahibdirlər.
Hüquq və mühasibat sahələrində müştərək qüvvə
Bir çox biznes və korporativ məsələlərdə həm mühasibat, həm də hüquqi biliklər tələb olunur. Biz müntəzəm olaraq hüquq xidmətlər təminatçıları ilə əməkdaşlıq edirik və ya müştəriləri etibarlı məsləhətçilərə yönləndirə bilirik. Sizin ehtiyaclarınızı qarşılamaq üçün geniş çeşidli hüquqi xidmətlər göstərə bilən daxili çoxşaxəli hüquqi məsləhətçilər qrupumuz var.
Bugünkü biznes mühitində müvəffəqiyyətli olmaq üçün sakit dayanmaq düzgün seçim deyil. Şirkətlər və təşkilatlar işçilərin işə qəbulundan və tədarüklərdən tutmuş İT infrastrukturuna investisiya qoyuluşuna qədər işlərin daha yaxşı və daha səmərəli üsullarını tapmaqla daim daha tədbirli işləməyə çalışmalıdırlar.
Geniş çeşidli idarəetmə/menecment konsaltinq xidmətləri vasitəsilə biznes məqsədlərinizə çatmağınıza kömək edə bilərik. Nəticələrə əsaslanan yanaşma müştərilərə birdəfəlik və ya daha geniş müddətli layihələr ilə əlaqədar konkret ehtiyacların vaxtlı-vaxtında və büdcə daxilində həllinə kömək edir.
Dünya üzrə ən yaxşı tərcübələrin tətbiqi
İşçi axtarışı, layihə kadrlarının təminatı və işçilərin həvəsləndirilməsi kimi xüsusi xidmətlər göstərməklə yanaşı, müştərilərə əsas olmayan funksiyaların autsorsinqini qiymətləndirməkdə kömək edə bilərik. Müəssisələr müvəqqəti menecerlərin istifadəsindən, bəlkə də yeni bir İT layihəsinin həyata keçirilməsi və ya təchizat zəncirinin optimallaşdırılması kimi xüsusi bir layihəyə göstərdiyimiz kömək üsullarından da faydalana bilərlər.
UHY şəbəkəsi vasitəsilə müştərilər biznes spektrində bir sıra bacarıq və təcrübələrə giriş əldə edə və beynəlxalq səviyyədə hazırlanmış ən yaxşı təcrübələrdən faydalana bilərlər. Layihələrin və ya xidmətlərin xaricdən ilkin inkişafdan sonra daxili gətirildiyi hallarda, biz hamar keçid mərhələsini təmin etmək üçün müştərilərlə əməkdaşlıq sahəsində zəngin təcrübəyə sahibik.
Şəxsi vergi planlaşdırması və sərvət idarəçiliyi mütəxəssis məsləhətlərinin sizin və ailəniz üçün əhəmiyyətli uzunmüddətli fayda verə biləcəyi mürəkkəb sahələrdir. Açıq və etibarlı münasibətlərə yönəldilmiş fəaliyyətimiz bir çox insanın, sahib-menecerlərin, direktorların və rəhbər işçilərin şəxsi sərvətlərini qorumaq və maliyyə gələcəyini planlaşdırmaq üçün UHY Azərbaycana güvənməsi deməkdir.
Mütəxəssis qrupumuz fərdi vergi, sərvətlərin idarə edilməsi və əmlak planlaşdırma sahələrinin bütün aspektlərini əhatə edən fərdi məsləhətlər təmin edir.
Uzunmüddətli maliyyə məqsədlərinə nail olmaq
Mütəmadi maliyyə yoxlamaları uzunmüddətli maliyyə hədəflərinizə uyğun irəliləyişi izləyir və vergi öhdəliklərinin minimuma endirilməsini təmin edir. Biz çox vaxt ardıcıl nəsillər vasitəsilə əhəmiyyətli sayda ailələrə məxsus olan müəssisələrlə işləyirik və ardıcıllığın planlaşdırılması kimi sahələrdə ortaya çıxa biləcək problemlər və çətinliklər sahəsində zəngin təcrübəyə malikik. Bir çox sahib-menecerlərə təqaüdə çıxmağa yaxınlaşdıqda bizneslərinin satışı və ya təhvil verilməsi üçün qabaqcadan planlaşdırmaqda kömək göstərilir. Vərəsəlik vergi planlaşdırılması və seçimlər, o cümlədən ömürlük hədiyyələr və benefisiarlar üçün vergi öhdəliklərinin minimuma endirilməsi üçün trastlar da təmin edilir.
Vergi mükəlləfiyyətlərinin minimuma endirilməsi
Bundan əlavə, qlobal şəbəkəmizin genişliyi öz ölkələrindən xaricə köçürülən və ya sadəcə öz vətənlərindən xaricdə çalışan əməkdaşlara və işçilərə vergi məsələləri ilə bağlı mütəxəssis məsləhətləri verməyə qadir olduğumuz deməkdir. Şəbəkə üzrə təcrübə sahələri xarici aktivlərin vərəsəlik vergisindən qorunması ilə yanaşı, ofşor aktivlərin və mükafat paketlərinin strukturlaşdırılmasını da əhatə edir. UHY Azərbaycan vətəndən xaricdə həyata keçirilən investisiya yatırımlarına dair hesabat tələbləri barədə məsləhətlər təmin edə bilər.
Təmin edilən özəl müştəri xidmətlərinə aşağıdakılar daxildir: