Biznes məsləhətçiliyi və mühasibatlıq


Biznes yalnız rəqəmlərdən ibarət deyil. İşiniz və fəaliyyət göstərdiyiniz bazar haqqında real anlayışın əldə edilməsi UHY Azərbaycanın mütəxəssislərinə effektivliyinizi və gəlirliliyinizi artırmaqda kömək edir. Bu, istər yeni investorların və tərəfdaşların müəyyənləşdirilməsində, istərsə də alış strategiyasının hazırlanmasında və icra edilməsində fürsətlərdən yararlanmağınıza kömək edə bilər.

Müstəqil yoxlamalardan beynəlxalq autsorsinqə qədər

İşgüzar məsləhət xidmətlərinə il sonu hesabların hazırlanması, idarəetmə hesabı icmalları və büdcələrin və maliyyə proqnozlarının hazırlanmasında yardım daxildir. UHY Azərbaycan biznes planlarını hazırlamaqda və ya nəzərdən keçirməkdə və borc verənlər və investorlar üçün müstəqil biznes yoxlamaları və qiymətləndirmələrini həyata keçirməkdə kömək edə bilər.

Bir çox müştərilər yeni bazarlara genişlənməkdə kömək etmək, xərc yerlərini azaltmaq məqsədilə sərhədlərarası müştərək müəssisələr yaratmaq və ya biznes proseslərini xaricdən təmin etmək (autsorsinq) üçün beynəlxalq şəbəkəmizdən istifadə etmişdir.

UHY Azərbaycanın mütəxəssis məsləhətçiləri aşağıdakılarla bağlı sizə kömək edə bilər:

  • Mühasibat və hesabat proseslərinin autsorsinqi;
  • Büdcələşdirmə, maliyyə planlaşdırması və nəzarət;
  • Nağd pul axını və gəlir proqnozları;
  • Biznes planları və müstəqil biznes yoxlamaları;
  • Biznesin qiymətləndirmələri;
  • Beynəlxalq genişləndirmə və transsərhəd müəssisələr, trast və fondlar, pensiya fondları, xeyriyyəçi və filantropik qurumlar üçün müvafiq kommersiya və səmərəli vergi strukturları daxil olmaqla şirkət yaradılmaları və şirkət katibliyi xidmətləri;
  • İdarəetmə hesabat sistemlərinin yoxlamaları;
  • Daxili və beynəlxalq genişlənmə;
  • Təcrübələrin idarə edilməsi və biznes sistemləri;
  • Əmək haqqı idarəetməsi və şirkətin inzibati xidmətləri.