UHY Beynəlxalq Şəbəkəsi


UHY Azərbaycan Urbach Hacker Young International Limited-in (Birləşmiş Krallıq şirkəti) üzvüdür və hüquqi olaraq müstəqil mühasibatlıq və məsləhət şirkətləri şəbəkəsi olan UHY International-ın bir hissəsidir.

UHY müstəsna rəqabət üstünlüyü təklif etməkdədir - beynəlxalq resurslar və diqqətli fərdi xidmət hesabına genişlənmiş milli imkanlar. 100-dən artıq ölkədə 340-dan artıq iri biznes mərkəzlərini əhatə edən şəbəkə üzvlərinin işçi heyəti yerli bilikləri regional, milli və beynəlxalq bacarıq dəstləri ilə birləşdirərək xidmət göstərmək imkanları ilə fəxr edirlər. UHY, hər biri öz yerli bazarlarında yüksək qiymətləndirilən, peşəkarlığa və nüfuza sahib üzv şirkətlərin qlobal təcrübəsini bir araya gətirir.

Bunlarla yanaşı, müştərilər üçün fərqlilik yaradan məhz UHY mədəniyyətidir. Hər bir şəbəkə üzvü bir-birini dərindən tanıyır, və hər bir üzvün ixtisaslaşdığı sahələr üzrə biliklərindən və hər bir əməkdaşının şəxsi təcrübəsindən xəbərdardır. Əlavə olaraq, üzvlər bir-biri ilə mütəmadi təşkil olunan görüşlər vasitəsilə və birgə işləməklə şəxsi səviyyədə tanışdırlar. Məhz bu birlilik UHY-ı digər beynəlxalq şəbəkələrdən fərqləndirən əsas cəhətdir.

Kiçik və orta biznes sahiblərinə, habelə beynəlxalq şirkət sahiblərinə innovativ və praktik həllər təklif etməyi bacaran, əlçatan və praktik UHY əməkdaşları ilə işləmək müştərilərin bəyəndiyi özəlliklərimizdəndir. Qloballaşma və dəyişməkdə olan demoqrafik vəziyyət həm müştərilər və həm də üzv şirlkətlər üçün yeni əməkdaşlıq imkanları yaratmağa davam etməkdədir.

Şəbəkənin peşəkarlıq, keyfiyyət, dürüstlük, innovativlik prinsipləri ilə çalışması və bizim qlobal miqyasda fəaliyyətimiz həm bizim, həm də dünyada 9,500 mütəxəssisdən bilik və təcrübə əldə etmə kimi rəqabət üstünlüyündən yararlanan müştərilərimiz üçün əhəmiyyətli dərəcədə irəliləyişin əldə edilməsinə səbəb olmuşdur.


Firmaların Forumu (FOF)

UHY şəbəkəsi beynəlxalq mühasibat şirkətləri şəbəkələrinin birliyi olan Firmalar Forumunun üzvüdür. Forumun məqsədi ölkəxarici maliyyə hesabatlarının və dünya miqyasında audit təcrübələrinin ardıcıl və yüksək keyfiyyətli standartlarını təbliğ etmək və beynəlxalq audit standartlarının tətbiq edilməsindən ibarətdir. Firmaların Forumu barədə ətraflı məlumatı əldə etmək üçün bu səhifəyə  www.forumoffirms.org  daxil olun.

Faktlar:

  • 1986-cı ildə yaradılan UHY biznes yönümlü sıx birləşmiş şəbəkədən ibarətdir;
  • 100 ölkədə 340-dan çox əsas biznes mərkəzlərində fəaliyyət göstərərək 9,500 sayda mütəxəssis və işçi heyətinə malikdir;
  • UHY 20-ci ən böyük beynəlxalq audit, mühasibat və məsləhət şəbəkəsidir (gəlir baxımından);
  • 2022-ci ildə bizim gəlirimiz 685.3 milyon ABŞ dolları təşkil etmişdir;
  • 29 PCAOB UHY üzv firmalarını qeydiyyatdan keçirmişdir;
  • Şəbəkənin icraçı ofisi Londonda, Birləşmiş Krallıqda yerləşir;


UHY International haqqında daha geniş məlumat üçün www.uhy.com səhifəsinə daxil olun.